Xırdalandan Sumqayıta və Novxanıya hərəkət edən avtobuslar yenilənib
sizinxeber.az xəbər saytı

Xırdalandan Sumqayıta və Novxanıya hərəkət edən avtobuslar yenilənib


Xırdalan şəhərindən Sumqayıt şəhəri və Novxanı kəndi istiqamətlərində fəaliyyət göstərən 523 və 535 nömrəli marşrutların avtobusları yenilənib.

“Sizinxeber.az” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

AYNA tərəfindən daşıyıcıya avtobus parkının yenilənməsi ilə bağlı verilən tapşırığa əsasən, “F.Rövşən” istehsalat müəssisəsi tərəfindən ölkəyə 2025-ci il istehsalı olan 31 avtobus gətirilib.

Sıxılmış təbii qaz və dizellə işləyən “İsuzu” markalı müasir və komfortlu nəqliyyat vasitələrindən 16-sı Sumqayıt və Xırdalan şəhərlərini, 15-i isə Xırdalan şəhəri və Novxanı kəndini əlaqələndirir. Sərnişin tələbatına uyğun olaraq, xəttə çıxan avtobusların sayı artırılacaq.

Qeyd edək ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi AYNA tərəfindən daim diqqətdə saxlanılır.

Oxşar xəbərlər

Bakıda 26 nömrəli marşrutun avtobusları yenilənir
525 nömrəli marşrutda Çin istehsalı olan 10 avtobus istismara verilib
AYNA: Bakıda 165 nömrəli marşrutun avtobusları yenilənir
Masazır-Novxanı yolunda hərəkətə məhdudiyyətlə bağlı 2 avtobus marşrutunda dəyişiklik ediləcək
AYNA: Sərnişindaşımada nəqliyyat vasitələrinin 68,5 %-i GPS-lə təchiz olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər