sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Masazır-Novxanı yolunda hərəkətə məhdudiyyətlə bağlı 2 avtobus marşrutunda dəyişiklik ediləcək
Mayın 17-dən etibarən İlqar Abdullayev küçəsində - Masazır-Novxanı avtomobil yolu ilə birləşmədən Saray Polis Bölməsinə qədər olan hissədə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Bu barədə “Report” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məhdudiyyət “Pirşağı–Xırdalan–Novxanı–M4” avtomobil yolu layihəsi ilə əlaqədardır.
AYNA-nın açıqlamasına görə, məhdudiyyətlə əlaqədar 508 və 521 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Saray qəsəbəsinin Elnur Allahverdizadə küçəsi ilə təşkil ediləcək.
Oxşar xəbərlər
AYNA: 508 və 521 nömrəli marşrutların hərəkəti dəyişdirilir
Bakıda iki avtobus marşrutunun hərəkəti dəyişdirilir
Masazır-Novxanı yolu birləşməsindən Saray Polis Bölməsinədək avtomobillərin hərəkəti məhdudlaşdırılır
Bakının İlqar Abdullayev küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq
Bakının Əhməd Rəcəbli küçəsində avtomobillə hərəkətə məhdudiyyət qoyulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













