Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunda təmir işləri aparılır - FOTO
sizinxeber.az xəbər saytı

Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunda təmir işləri aparılır - FOTO


“Böyük İpək yolu”nun tərkib hissəsi olan M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda təmir işləri aparılır.

Sizinxeber.az-Economics” xəbər verir ki, əsaslı təmir işləri M2 magistralının 15-117 km-lik hissəsini əhatə edir.

Məlumata görə, hazırda təmir işləri yolun 97.7-ci km-dən 104.5-ci km-dək olan hissəsi üzrə icra olunur. Bu çərçivədə zəruri yerlərdə qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının inşası, deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması işləri yerinə yetirilir. Texnoloji ardıcıllığa uyğun olaraq, daha sonra aşınma qatı olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi və hərəkətin normal təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

Oxşar xəbərlər

Bakı-Qazax avtomobil yolunda təmir işləri aparılır
Bakı-Ələt-Hacıqabul avtomobil yolunda hərəkət qismən məhdudlaşdırılıb - FOTO
Bakının Atatürk prospektinin bir hissəsi təmir olunub
Yol polisi Bakı-Ələt-Qazax yolunda təmirlə bağlı sürücülərə xəbərdarlıq edib
Bakının Nizami küçəsində təmir işləri aparılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər