Baş nazir: "2022-ci ildən etibarən Orta Dəhlizdə 90 % artıma nail olmuşuq"
sizinxeber.az xəbər saytı

Baş nazir: "2022-ci ildən etibarən Orta Dəhlizdə 90 % artıma nail olmuşuq"


Azərbaycan 2022-ci ildən etibarən Orta Dəhliz vasitəsilə yüklərin həcmində təxminən 90 % artıma nail olub, dəhliz boyunca tranzit müddəti əhəmiyyətli dərəcədə azalıb.

"Sizinxeber.az" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Türkmənistanın Avaza Milli Turizm Zonasında BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransının plenar iclasında bildirib.

"Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə mühüm töhfə verən ölkədir. Xəzər dənizində 50-dən çox gəmidən ibarət ən böyük ticarət donanması, hazırda 10 gəmi istehsal edən gəmiqayırma zavodu, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük hava karqo şirkəti və bir çox digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirib. Nümunə olaraq, Çinin bir sıra şəhərlərindən konteyner blok-qatarlarının Bakıya cəmi 10-12 günə çatması Orta Dəhlizin mühüm ticarət marşrutu kimi əhəmiyyətini vurğulayır",- deyə o qeyd edib.

Oxşar xəbərlər

Əli Əsədov: Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə mühüm töhfə verir
Əli Əsədov: Xəzərdə suyun səviyyəsinin azalması probleminin həlli üçün səylərimizi birləşdirməliyik - YENİLƏNİB
ADY: Orta Dəhliz ilə daşınan konteyner blok-qatarlarının sayı 30 dəfədən çox artıb
Aktauda Xəzər dənizində ən böyük konteyner qovşağı açılıb
ADY: Məhdudlaşdırıcı amillər Orta Dəhlizdə ən aktual mövzulardan biridir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər