AZAL və "Azərsun Holdinq" yaşıl dünya naminə əməkdaşlığa başlayıb
Milli aviadaşıyıcı - “Azərbaycan Hava Yolları” QSC (AZAL) və “Azərsun Holdinq” MMC Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində davamlı inkişaf təcrübələrinin təkmilləşdirilməsi və ətraf mühitin mühafizəsi üçün “Daha təmiz dünya-daha parlaq səma!” adlı birgə layihəyə start verib.
"Sizinxeber.az" AZAL-a istinadən xəbər verir ki, “Yaşıl Dünya naminə Həmrəylik İli” çərçivəsində keçirilən bu təşəbbüsün əsas məqsədi kağız resurslarından istifadənin azaldılmasına, tullantıların təkrar emalının təşviqinə və ətraf mühitə zərərli təsirlərin minimuma endirilməsinə yönəlmiş tədbirlər tətbiq etməklə yaşıl, ekoloji cəhətdən məsuliyyətli gələcəyin yaradılmasına töhfə verməkdir.
İlkin olaraq Bakı hava limanında kağız tullantılarının yığılması üçün xüsusi qablar quraşdırılıb ki, bu da daha təmiz və dayanıqlı ətraf mühitin yaradılması istiqamətində növbəti addımların başlanğıcıdır. Layihə çərçivəsində toplanmış tullantı kağızları holdinqə məxsus "Azərbaycan Kağız və Karton İstehsal Kombinatı" MMC təkrar emal edəcək.
Təkrar emal olunmuş kağız istehsalı havanı ilkin xammaldan istehsal ediləndən 73% -ə qədər daha az çirkləndirir. Bundan əlavə, hər ton təkrar emal edilmiş kağız təxminən 17 ağacı xilas etməyə və 3.3 m3 tullantının azalmasına kömək edir.
Hər kəsi planetimizin gələcək nəsillər üçün qorunmasında şübhəsiz bəhrəsini verəcək bu mühüm təşəbbüsə ümumi iştiraka və dəstəyə çağırırıq!
Oxşar xəbərlər
“Azərbaycan Hava Yolları” yeni ekoloji layihəyə start verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müşaviri: "Gələn il Azərbaycan "yaşıl inkişaf"ı seçdiyini bir daha bəyan edəcək" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edildi - SƏRƏNCAM [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL BMT-nin Qlobal Sazişinə qoşulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
KOBİA BMT-nin Qlobal Sazişinə qoşulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












