AYNA minib-düşmə məntəqələrinin sayını artırıb
sizinxeber.az xəbər saytı

AYNA minib-düşmə məntəqələrinin sayını artırıb


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 8 Noyabr prospektindəki avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlər yaradıb.

Qurumdan "Sizinxeber.az"a verilən məlumata görə, bunlar "Zəfər parkı”nın yaxınlığı, 2 saylı “ASAN xidmət” mərkəzi ilə üzbəüz, 59 nömrəli orta məktəbin yanındakı yerüstü piyada keçidinin yaxınlığı və onunla üzbəüz ərazilərdir.

Qeyd edək ki, bundan əvvəl 5 məntəqədə - Yusif Səfərov və Rəşid Behbudov küçələrində, həmçinin Rəşid Behbudov və Mikayıl Rəfili, 28 May və Fikrət Əmirov küçələrinin kəsişməsində, Neftçilər prospektində (Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığında) minib-düşmə yerləri sərnişinlərin ixtiyarına verilib.

Oxşar xəbərlər

Bakıda daha bir avtobus zolağında minib-düşmə yeri yaradılıb
Bakıda daha dörd avtobus zolağında minib-düşmə yerləri yaradılıb
Bakıda daha 3 ünvanda mindirib-düşürmə yerləri yaradılıb
Daha 3 ünvanda avtobus zolaqlarında mindirib-düşürmə yerləri yaradılıb
AYNA: Avtobus zolaqlarında avtomobildən minib-düşmək üçün xüsusi yerlər yaradılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər