Bakıda daha dörd avtobus zolağında minib-düşmə yerləri yaradılıb
AYNA tərəfindən avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir.
“Sizinxeber.az-Economics”in AYNA-ya istinadən xəbərinə görə, növbəti belə yerlər 8 Noyabr prospektindəki 4 ünvanda (“Zəfər parkı”nın yaxınlığı, 2 saylı “ASAN xidmət” mərkəzi ilə üzbəüz, 59 nömrəli orta məktəbin yanındakı yerüstü piyada keçidinin yaxınlığı və onunla üzbəüz ərazi) təşkil edilib və müvafiq lövhə yerləşdirilib.
Qeyd edilib ki, bundan əvvəl 5 məntəqədə - Yusif Səfərov və Rəşid Behbudov küçələrində, həmçinin Rəşid Behbudov və Mikayıl Rəfili, 28 May və Fikrət Əmirov küçələrinin kəsişməsində, Neftçilər prospektində (Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığında) minib-düşmə yerləri sərnişinlərin ixtiyarına verilib.
Məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.
Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.
Oxşar xəbərlər
Bakıda daha bir avtobus zolağında minib-düşmə yeri yaradılıb
Daha 3 ünvanda avtobus zolaqlarında mindirib-düşürmə yerləri yaradılıb
Bakıda daha 3 ünvanda mindirib-düşürmə yerləri yaradılıb
Avtobus zolaqlarında avtomobillərə minib-düşmək mümkün olacaq
AYNA: Avtobus zolaqlarında avtomobildən minib-düşmək üçün xüsusi yerlər yaradılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












