Daha 3 ünvanda avtobus zolaqlarında mindirib-düşürmə yerləri yaradılıb
Bakıda avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün daha 3 ünvanda xüsusi yerlər yaradılıb.
Bu barədə "Sizinxeber.az-Economics"ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Növbəti belə yerlər Rəşid Behbudov küçəsində (Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının qarşısı), Rəşid Behbudov və Mikayıl Rəfili, eləcə də 28 May və Fikrət Əmirov küçələrinin kəsişmələrində təşkil edilib. Ərazilərdə müvafiq lövhələr də yerləşdirilib.
“Mindirib-düşürmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir. Bu yerlər əsas cəlbetmə məntəqələri, nəqliyyat vasitələrinin rahat manevr etməsi və sərnişinlərin təhlükəsizliyi nəzərə alınmaqla təşkil edilir. Məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır”, - qeyd olunub.
Oxşar xəbərlər
Bakıda daha 3 ünvanda mindirib-düşürmə yerləri yaradılıb
Avtobus zolaqlarında avtomobillərə minib-düşmək mümkün olacaq
AYNA: Avtobus zolaqlarında avtomobildən minib-düşmək üçün xüsusi yerlər yaradılır
Təmirlə əlaqədar Bakıda Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələrinin kəsişməsində məhdudiyyət tətbiq edilib - FOTO
Bakıda Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələrinin kəsişməsində məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












