Fərid Hüseynov: "Bakı-Füzuli-Bakı aviareysi Qarabağın digər ərazilərinə rahat səfər imkanı yaradacaq"
Bakı-Füzuli-Bakı aviareysi Azərbaycan vətəndaşlarına Qarabağın incisi olan Şuşaya, Laçına və digər ərazilərə daha sürətli və rahat şəkildə səfər etməyə imkan yaradacaq.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuatla iş şöbəsinin rəhbəri Fərid Hüseynov Bakı-Füzuli reysi ilə səfər edən media nümayəndələrinə açıqlamasında deyib.
O bildirib ki, iyulun 17-dən etibarən "Azərbaycan Hava Yolları" Bakıdan Füzuliyə və əks istiqamətdə müntəzəm reyslərə başlayıb: "Bu, iftixar hissi doğuran böyük hadisədir, çünki milli aviadaşıyıcı tarixində ilk dəfədir ki, Qarabağa müntəzəm uçuşlar yerinə yetirir. Füzuliyə uçuşların həyata keçirilməsi ölkəmizin mülki aviasiyasının inkişafında yeni mərhələdir. Füzuliyə müntəzəm uçuşlar "Böyük Qayıdış" dövlət proqramının həyata keçirilməsinə töhfə verməklə yanaşı, regionun turizm və iqtisadiyyatının inkişafı üçün yeni perspektivlər açacaq".
Şöbə rəhbəri qeyd edib ki, Bakı-Füzuli-Bakı marşrutu üzrə reyslər həftədə iki dəfə olmaqla bazar ertəsi və cümə günləri həyata keçirilir: "Uçuş müddəti 50 dəqiqə təşkil edir. Xüsusi olaraq qeyd etmək istərdim ki, aviabilet əldə etmək üçün "" portalına daxil olub icazə prosesini keçmək və xüsusi kod əldə etmək lazımdır. Bu kod AZAL-ın rəsmi saytı və ya tətbiqindən bilet alarkən təsdiq üçün tələb olunur. Nəzərə alınmalıdır ki, Qarabağa giriş xüsusi icazə tələb etdiyinə görə aviabiletləri yalnız Bakı-Füzuli-Bakı marşrutu üzrə və yalnız Azərbaycan vətəndaşları əldə edə bilərlər".
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının qərarına əsasən Bakı-Füzuli/Füzuli-Bakı istiqamətində təyyarə biletlərinin qiyməti bir tərəfə 78 manat məbləğində müəyyən edilib. Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər baqaj daxildir.
Sözügedən istiqamətdə səyahət edən 2 yaşından 12 yaşınadək uşaqlar üçün tətbiq olunan tarifdən 25%, 0-2 yaşında körpələr üçün isə tətbiq olunan tarifdən 90% güzəştlər nəzərdə tutulub.
Füzuliyə aviabilet əldə edərkən bir sıra məqamlara diqqət yetirilməlidir. Belə ki, Qarabağa giriş xüsusi icazə tələb etdiyinə görə aviabiletləri yalnız Azərbaycan vətəndaşları əldə edə bilərlər. Aviabilet əldə etmək üçün "" portalından əldə edilən icazə kodunun müddəti 1 aydır. Bu müddət ərzində aviabilet alıb Qarabağa səfər etmək olar. Aviabilet yalnız hər iki istiqamətdə və yalnız Bakı-Füzuli-Bakı marşurutu üzrə əldə oluna bilər.
Oxşar xəbərlər
AZAL Füzuliyə müntəzəm reyslərlə bağlı media-tur təşkil edib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
İraq aviaşirkəti Bakı hava limanına uçuşlara başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yekaterinburq və Bakı arasında yeni aviareys açılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Füzuli sakini: “Çox həyəcanlıyam” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini: “Air Serbia”ya Bakıya reys həyata keçirməsi üçün xüsusi endirimlər təklif olunub” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












