Bakının bəzi ərazilərində işıq problemi yaranıb
sizinxeber.az xəbər saytı

Bakının bəzi ərazilərində işıq problemi yaranıb


Paytaxtda müşahidə edilən qeyri-sabit hava şəraiti səbəbindən bəzi ərazilərdə elektrik enerjisinin təchizatında problemlər yaranıb.

"Report" xəbər verir ki, Yasamal rayonunun bir hissəsində, o cümlədən A.M.Şərifzadə, V.Əliyev və digər kəsişən küçələrdə elektrikin verilməsi dayanıb.

Qeyd edək ki, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, iyulun 24-dən 26-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı bəzi yerlərdə güclü külək əsəcəyi ehtimal edilir.

Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Müraciətdə ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Oxşar xəbərlər

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciəti
Qeyri-sabit hava ilə bağlı nazirlikdən xəbərdarlıq
Bəzi rayonlarda leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər