Gürcüstan XİN rəhbəri: Macarıstan, Rumıniya və Azərbaycanla yaşıl enerji sahəsində mühüm layihəyə imza atmışıq
Macarıstan, Rumıniya və Azərbaycanla yaşıl enerji sahəsində mühüm layihəyə imza atmışıq və bu əməkdaşlıq Gürcüstanın Avropa ilə əlaqələrini daha da möhkəmləndirəcək.
“Sizinxeber.az”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Yunanıstanda keçirilən Delfi İqtisadi Forumunda panel müzakirəsi zamanı deyib.
M.Boçorişvili Qara dənizin Avropa İttifaqı ilə əlaqələri gücləndirdiyini və Gürcüstan üçün bu sahədəki əməkdaşlığın vacib olduğunu bildirib.
O, həmçinin Gürcüstanın öz milli maraqlarını qorumağa davam edəcəyini və regiondakı digər ölkələrlə əməkdaşlığın inkişafını vacib hesab etdiyini vurğulayıb.
Qeyd edək ki, 2022-ci ilin dekabrında Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya hökumətləri 1 QVt gücündə elektrik enerjisinin ötürülməsi üçün Qara dənizin dibi ilə 1,2 min kilometr uzunluğunda kabelin çəkilməsini nəzərdə tutan saziş imzalayıblar.
Bu xətt Azərbaycanda hasil edilən elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, sonradan Macarıstana və Avropanın qalan hissəsinə nəql etmək üçün nəzərdə tutulub. Daha sonra Bolqarıstan bu layihəyə qoşulmaq niyyətini açıqlayıb.
Avropa İttifaqı Şərq Tərəfdaşlığı İnvestisiya Planı vasitəsilə layihəyə 2,3 milyard avro ayıracağına söz verib.
Oxşar xəbərlər
Gürcüstan XİN rəhbəri: Macarıstan, Rumıniya və Azərbaycanla yaşıl enerji sahəsində mühüm layihələrə imza atmışıq
Ermənistan Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən "yaşıl enerji" layihəsinə qoşulmaq istəyir
Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasında davamlı sülhə töhfə verməyə hazırıq
Orban: "Azərbaycan, Rumıniya və Macarıstan Avropanın meqa layihəsinin həyata keçirilməsi üzərində işləyir"
“Transelectrica”nın “yaşıl enerji” dəhlizi layihəsində iştirakı təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













