Qəri Counz: “Azərbaycan bütün regionun və Avropanın enerji təhlükəsizliyini təmin edib”
sizinxeber.az xəbər saytı

Qəri Counz: “Azərbaycan bütün regionun və Avropanın enerji təhlükəsizliyini təmin edib”


Son 30 ildə neft və qaz yataqlarının işlənilməsi sayəsində Azərbaycan bütün regionun və Avropanın enerji təhlükəsizliyini təmin edib.

"Report" xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qəri Counz 18-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimində deyib.

“Bu, əhəmiyyətli texniki resurslar tələb edirdi. Uzunluğu 3,5 min kilometrdən çox olan Cənub Qaz Dəhlizi Avropanı təbii qaza olan ehtiyacını ödəyir. Bu layihə fenomenal mühəndislik və texniki uğurdan bəhs edir”, - Q.Counz bildirib.

O, Bakı Enerji Məktəbi haqqında danışaraq, təlim keçmiş istedadlı tələbələrin enerji keçidinin mürəkkəb prosesinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Oxşar xəbərlər

Prezident Azərbaycanın layihələrindən danışdı
SOCAR prezidenti: “Enerji keçidi məsələsi bütün maraqlı tərəflərin əməkdaşlığını tələb edir”
Pərviz Şahbazov: “Karbon qazı emissiyalarının azaldılması Azərbaycanın enerji gündəliyində mühüm yer tutur”
İlham Əliyev: “Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarla fəal işləmək niyyətindəyik”
BP-nin regional prezidenti Azərbaycan liderini təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər