Araz Məmmədzadə: "Asiya və Afrika ölkələri “Azərişıq” ilə əməkdaşlığa maraq göstərir"
Hazırda bir çox ölkələr “Azərişıq” ASC ilə əməkdaşlıq etməyə maraq göstərir.
“Sizinxeber.az”un işğaldan azad olunmuş ərazilərə ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib.
Onun sözlərinə görə, Bakıda keçirilən COP29 iqlim konfransından sonra Çinin bir çox şirkəti “Azərişıq” ASC ilə əməkdaşlığa başlayıb:
“Həmçinin Asiya və Afrika ölkələri də bizimlə əməkdaşlıqda maraqlıdırlar. Bu mövzu bizim üçün olduqca aktualdır. Artıq bu ölkələrin nümayəndələri ilə görüşlər keçirilib. Onların diqqətini çəkən əsas məqam “Azərişıq” ASC-nin bir neçə beynəlxalq platformada uğurla təqdim etdiyi 35/0,4 kV-luq müasir şəbəkə modelidir”.
A. Məmmədzadə əlavə edib ki, bu şəbəkə modeli tamamilə "yaşıl texnologiya"lar üzərində qurulub və enerji itkisi minimum səviyyədədir:
“Texnologiya beynəlxalq standartlara tam cavab verir və həm enerji effektivliyi, həm də fasiləsiz enerji təminatı yüksək səviyyədə təmin olunur”.
Oxşar xəbərlər
"Azərişıq" sosial şəbəkə üzərindən abonentlərin suallarını cavablandıracaq
"Azərişıq": "Enerji istehsalının 17 %-dən çoxu bərpa olunan enerjinin payına düşür"
"Azərişıq": Elektrik enerjisinin itkiləri azalıb
“Azərişıq”: Sayğacların balansını artırmaq üçün kartları 3 saniyə sayğaca yaxın saxlamaq lazımdır
“Azərişıq” və “Qırğızıstan Milli Elektrik Şəbəkəsi” Anlaşma Memorandumu imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













