Ukrayna humanitar yardıma görə Azərbaycana təşəkkür edib
sizinxeber.az xəbər saytı

Ukrayna humanitar yardıma görə Azərbaycana təşəkkür edib


Ukrayna ölkənin enerji sahəsinin bərpasına kömək edəcək humanitar yardımın yeni partiyasına görə Azərbaycana minnətdarlığını bildirib.

"Sizinxeber.az" Ukrayna Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu ölkənin energetika naziri German Qaluşenko deyib.

“Biz bu dəstəyə görə Azərbaycana təşəkkür edirik. Avadanlıq Ukrayna energetikləri tərəfindən atəşə tutulmaqda davam edən obyektlərin, xüsusən də cəbhəyanı rayonların bərpası üçün istifadə olunur. Görülən işlər enerji sisteminin dayanıqlı fəaliyyətini təmin etməyə, istehlakçıların elektrik və istilik enerjisinə olan tələbatını ödəməyə imkan verir”, - o vurğulayıb.

Xatırladaq ki, yanvarın 11-də 25 TIR-dan ibarət yük avtomobili karvanı ilə yola salınan humanitar yardıma 677 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 22 ədəd komplekt transformator məntəqəsi daxildir.

Ukrayna Energetika Nazirliyinin məlumatına görə, 2022-ci ilin mart ayından Ukrayna Azərbaycandan enerji avadanlıqlarının olduğu, ümumi çəkisi 1585 tondan çox olan 92 yük, o cümlədən 51 güc transformatoru, 111 transformator yarımstansiyası və digər avadanlıqlar alıb: “Ukraynada tərəfdaşların bu yardımı sayəsində genişmiqyaslı enerji təmiri kampaniyası həyata keçirilib - enerji sisteminə 2,2 qiqavatdan çox güc əlavə edilib”.

Oxşar xəbərlər

Ukrayna parlamentinin deputatı Azərbaycana təşəkkür edib
Rusiya XİN: “ABŞ Ukrayna ilə bağlı xərclərin yükünü Aİ-nin üzərinə atmağa çalışır”
BMT Ukrayna münaqişəsinin tərəflərini mülki şəxslərin ölümünün qarşısını almağa çağırıb
Ərdoğan: Türkiyə Ukrayna münaqişəsi ilə bağlı İstanbul prosesini bərpa etməyə hazırdır
Stoltenberq NATO-Ukrayna Şurasının iclasını çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər