sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
SOCAR Sloveniyaya qaz təchizatına başlayıb
Bu ilin avqustun 1-dən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Sloveniyaya qaz təchizatına başlanılıb.
"Report" SOCAR-a istinadla xəbər verir ki, qaz təchizatı cari ilin iyulun 17-də SOCAR ilə Sloveniyanın təbii qaz bazarındakı ən iri şirkəti olan “Geoplin” arasında qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumuna əsasən həyata keçirilir. SOCAR və Geoplin uzunmüddətli enerji tərəfdaşlığını daha da inkişaf etdirməyi hədəfləyirlər.
Beləliklə, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiya ilə yanaşı, Sloveniya Azərbaycan qazının təchiz olunduğu doqquzuncu ölkə olur.
Oxşar xəbərlər
Azərbaycan Sloveniyanı qazla təchiz etməyə başlayıb
SOCAR və “TotalEnergies” yaşıl enerji sahəsində əməkdaşlığı müzakirə edib - FOTO
SOCAR rəsmisi: "Tezliklə Azərbaycan qazının Serbiyadan nəqli ilə bağlı işlərə başlayacağıq"
SOCAR İtaliya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
SOCAR AQŞ Türkiyədə yeni qazma müqaviləsi imzaladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













