Azərbaycanda 30-a yaxın populyar brend olan restoranların açılması planlaşdırılır
Azərbaycanda 30-a yaxın populyar brend olan "Go Crispy" və "Tea Time" restoranlarının açılması planlaşdırılır.
“Sizinxeber.az” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün Qətərin "Al Baladi Holdings" şirkəti ilə Azərbaycan sərmayəsi ilə BƏƏ-də təsis edilmiş "Green Capital Management" şirkəti arasında strateji əhəmiyyətli saziş imzalanıb: “Həmin sazişə əsasən, Azərbaycanda "Go Crispy" və "Tea Time" restoranlarının açılması nəzərdə tutulur. Bu strateji plan çərçivəsində 2 il ərzində təxminən 30 yeni restoranın fəaliyyətə başlaması planlaşdırılır".
O. Məmmədov bildirib ki, sazişin əsas məqsədi Azərbaycana xarici investisiyaların cəlb olunmasıdır: "Bu yeni layihələr sayəsində ölkədə yeni iş yerlərinin açılması və iqtisadiyyatın inkişafına töhfə verilməsi gözlənilir".
Oxşar xəbərlər
Azərbaycanın ticarət sahəsinə 5 milyon ABŞ dolları həcmində sərmayə yatırılacaq
Qətərə Azərbaycan Ticarət Evi vasitəsilə 400 tondan çox meyvə-tərəvəz idxal edilib
KOBİA sədri: “Ötən 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub”
Rəşad Nəbiyev: "Bakı ilə Qahirə arasında birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır"
Azərbaycan və Kamboca turizmi inkişaf etdirir: Vyetnam və Laosa kombinə edilmiş turlar da mümkündür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













