Banqladeş Bakı-Dakka birbaşa reysinin açılmasını təklif edir
Azərbaycan və Banqladeş ticarət üzrə birgə işçi qrupu yaradacaqlar.
"Report"un Banqladeş XİN-ə istinadən verdiyi məlumata görə, müvafiq razılaşma iki ölkənin xarici işlər nazirlikləri arasında ikinci ikitərəfli siyasi məsləhətləşmələr zamanı əldə olunub.
Görüşdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Elnur Məmmədov, Banqladeşi isə xarici işlər naziri Caşim Uddin təmsil edib.
"Müzakirənin əsas mövzuları ticarət və investisiyalar, enerji əməkdaşlığı, təhsil, mədəni mübadilə, viza rejiminin sadələşdirilməsi, həmçinin regional və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət olub. Nazir Uddin Azərbaycanı Banqladeş iqtisadiyyatına - xüsusilə, toxuculuq və dəri sənayesi, yüngül maşınqayırma, kənd təsərrüfatı məhsullarının emalı, neft sektoru, İKT, əczaçılıq və bərpa olunan enerji kimi sahələrə sərmayə qoymağa çağırıb", - nazirlik qeyd edir.
Bundan əlavə, Banqladeş XİN başçısı Bakı və Dakka arasında birbaşa təyyarə reyslərinin qurulmasını təklif edib.
Oxşar xəbərlər
Dəkkə Azərbaycanın Banqladeşdə diplomatik nümayəndəliyinin açılmasına ümid edir
Məhəmməd Yunus İƏT-in Azərbaycanda keçiriləcək Zirvə Toplantısına dəvət edilib
Azərbaycan və Banqladeş XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Banqladeş və Hindistan arasında ticarət dayandırılıb
Azərbaycan və Malayziya XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
