Azərbaycanda ilk dəfə yerli məhsulların beynəlxalq platformalarda satışına dəstək göstəriləcək
sizinxeber.az xəbər saytı

Azərbaycanda ilk dəfə yerli məhsulların beynəlxalq platformalarda satışına dəstək göstəriləcək


Azərbaycanda dövlət ilk dəfə qeyri-neft-qaz sektoruna aid yerli məhsulların beynəlxalq platformarlarda satışına dəstək göstərəcək.

Bu barədə “Sizinxeber.az”un sorğusuna cavab olaraq İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.

Məlumata görə, dəstək məbləği satış üçün çəkilən xərclərin 70%-ni (7 min manatdan artıq olmamaqla) təşkil edəcək.

Bununla bağlı Ölkə Prezidentinin 5 oktyabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”na əlavə və dəyişikliklər layihəsi hazırlanıb. Hazırda layihə aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir. Burada “Beynəlxalq elektron ticarət platformalarında qeyri-neft məhsullarının satışının təşkilinə dəstək” mexanizmi nəzərdə tutulur.

Beynəlxalq elektron ticarət platformalarında yerli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə AZPROMO və Çinin elektron ticarət portalı "Alibaba.com" arasında Anlaşma Memorandumu imzalanıb. Bu əməkdaşlıq yerli istehsalçı və ixracatçılara məhsullarını beynəlxalq elektron ticarət platforması vasitəsilə daha geniş qlobal auditoriyaya təqdim etmək üçün imkan yaradacaq. Memorandum çərçivəsində Azərbaycan mənşəli məhsulların qlobal bazarlarda tanıdılması və təşviqi, ixracatçıların xarici rəqəmsal ticarət platformalarına çıxışının təmin olunması və bu istiqamətdə digər işlərin görülməsinə dair razılıq əldə edilib.

Oxşar xəbərlər

AZPROMO-nun yaradılmasından 5 il ötür
AZPROMO öhdəliklərini kəskin azaldıb
Azərbaycanın qeyri-neft-qaz sektoruna son 5 ildə birbaşa xarici investisiya qoyuluşunun məbləği açıqlanıb
KOBİA: 550 sahibkarın məhsul və xidmətlərinin satışına dəstək göstərilib
“Orqanik Naxçıvan”ın inkişaf konsepsiyası və mobil tətbiqi hazırlanacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər