Azərbaycan şərabları Avstriyada təqdim olunub
sizinxeber.az xəbər saytı

Azərbaycan şərabları Avstriyada təqdim olunub


Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsinin aparatı mayın 25-27-də ölkəmizin şərablarını ilk dəfə Avstriyanın ən böyük şərab sərgisi olan "VieVinum 2024"də nümayiş etdirib.

"Report" bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.

Sərgidə Azərbaycanın 5 şərab istehsalçısının müxtəlif brendli şərabları ziyarətçilərə təqdim edilib. Sərginin əsas ziyarətçiləri Avstriya, Macarıstan, Çexiya, Almaniya, Slovakiya və digər ölkələrdən olan şərab distributorları, şərab evlərinin sahibləri, şərab biliciləri (sommelier), HoReCa (hotel, restoran, keytrinq) nümayəndələri, üzümçülük və şərabçılıq üzrə təhsil alan tələbələr, tədqiqatçılar, şərablar üzrə məqalə müəllifləri, şərab turları təşkilatçıları olub. Ziyarətçilərə Azərbaycanın şərabçılıq tarixi, hazırda şərabçılıq sektorunun inkişafı, yerli üzüm növləri, təqdim olunan şərablar və istehsalçılar haqqında geniş məlumat verilib.

Oxşar xəbərlər

AZPROMO-nun yaradılmasından 5 il ötür
Azərbaycan 6-cı Çin Beynəlxalq İdxal Sərgisində təmsil olunur
Qərbi Azərbaycan Xronikası: “İrəvan qalasının yerində şərab və konyak zavodu tikilib” - VİDEO
Bakıda gənclərin viskidən zəhərlənmələri ilə bağlı iddialara istehsalçı müəssisədən CAVAB
Azərbaycanda ixrac və investisiya forumları keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər