

KOBİA sərgilərdə məhsullarını tanıtmaq istəyən KOB-lara dəstək göstərəcək
Bu ilin mayın 15-17-də Bakı Ekspo Mərkəzində keçiriləcək 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro”) və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi (“İnterFood Azerbaijan”) sərgilərində KOB subyektlərinin məhsul və xidmətlərini tanıtmaq üçün xüsusi stend qurulacaq.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.
Bu, KOBİA tərəfindən təmin ediləcək dövlət dəstəyi hesabına həyata keçiriləcək. Stendlərdə məhsul və xidmətlərini təqdim edəcək KOB-lar tərəfindən hər hansı ödəniş edilməyəcək, sərgi ilə bağlı bütün xərclər dövlət tərəfindən qarşılanacaq.
Məqsəd KOB subyektlərinin istehsal etdiyi məhsulları və xidmətləri geniş istehlakçı auditoriyasına tanıtmaq, satışına dəstək olmaqdır. KOB-ların sərgilərdə iştirakına dəstək mexanizminin əhatə edəcəyi sərgilər barədə sahibkarların məlumatlandırılması üçün əvvəlcədən KOBİA-nın
Məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-lar mayın 5-dək KOBİA-ya müraciət edə bilərlər. Sərgidə iştirak etmək istəyən KOB-lar müvafiq formanı doldurmaqla müraciət etməlidir:
Oxşar xəbərlər
KOBİA BMT-nin Qlobal Sazişinə qoşulub
Lənkəran-Astara iqtisadi rayonunda KOB dostu ofisi fəaliyyətə başlayıb
Azərbaycan və Türkiyə beynəlxalq daşımalar üzrə memorandum imzalayıb
KOBİA sədri: “Ötən 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub”
“Sara İnvest” holdinqin şirkətlərinin dövlət və özəl sektor nümayəndələri ilə müşavirəsi keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Belçika və Aİ-dəki səfir: Azərbaycan beynəlxalq siyasətin məsuliyyətli iştirakçısı və regional liderdir
-
"Latsio" klubu Mauritsio Sarriyə 2027-ci ilə qədər müqavilə təklif edib
-
Maldiv Prezidenti Azərbaycan liderini təbrik edib
-
Abşeron kanalında lildən təmizləmə və su infrastrukturunun yenilənməsi işləri açıqlanıb
-
MN: Azərbaycan Ordusu Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açmayıb
-
Qazaxıstan Prezidenti nüvə dövlətləri arasında gərginliyin artmasından narahatdır
