Azərbaycan və Türkiyənin rəqabət qurumları təcrübə mübadiləsi aparacaq
Azərbaycan və Türkiyə rəqabət sahəsində məlumat bazasının inkişaf etdirilməsi üçün nəzəri və praktiki baxımdan təcrübə mübadiləsi aparacaq.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin rəqabət qurumlarının iştirakı ilə keçirilən iclas çərçivəsində Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle ilə ikitərəfli görüşümüz baş tutdu. Görüşdə qardaş ölkə ilə ticarət əlaqələri və əlverişli investisiya layihələrinin həyata keçirilməsində sağlam rəqabət mühitinin önəmindən bəhs etdik. Qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış və yenicə təsdiq olunmuş Rəqabət Məcəlləsində biznes və rəqabət mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində tətbiq olunan müasir yanaşmalar barədə məlumat verdik. Hər iki qurumda kadr potensialının inkişaf etdirilməsi məqsədilə əməkdaşların uzunmüddətli qarşılıqlı olaraq iş prosesinə cəlb olunması istiqamətində razılığa gəldik", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Türk Dövlətləri Rəqabət Şurası yaradılıb, qurumun növbəti iclası Şuşada keçiriləcək
Azərbaycanda bazar və təbii inhisar subyektlərində yoxlamaların keçirilməsi qaydaları müəyyənləşəcək
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - Marketlərdə ucuzlaşma OLACAQ
Prezident Rəqabət Məcəlləsini təsdiqləyib
Tarif Şurasından iclas: Dərman qiymətləri...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













