Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçirilir
sizinxeber.az xəbər saytı

Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçirilir


Bu gün Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu işə başlayıb.

"Report" xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illik yubileylərinə həsr olunmuş tədbirin təşkilatçıları İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə "Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri" (TÜİB) İctimai Birliyidir.

Forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Ömer Bolat və Prezident Aparatının Maliyyə Ofisinin rəhbəri Göksel Aşan iştirak edir.

İki ölkə arasında iqtisadi əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyan tədbir həm də regional inkişafa mühüm töhfələr verməyi hədəfləyir. Forumda iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı strateji məsələlər, eyni zamanda, Azərbaycanla Türkiyə arasında güclü iqtisadi əlaqələr yaratmaq üçün atılacaq addımlar, potensial investisiya imkanları müzakirə olunacaq.

Oxşar xəbərlər

Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın pul qoyub
Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya qoyuluşları açıqlanıb
Cevdet Yılmaz: "Azərbaycanla Türkiyə beynəlxalq platformalar çərçivəsində əməkdaşlığı genişləndirməyə davam edəcək"
Səfir: "Türkiyə və Azərbaycan əlaqələrinin hər sahədə inkişaf etdirilməsi üçün çalışırıq"
Azərbaycanla BƏƏ-nin “Masdar” şirkəti arasında sənədlər imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle