Sizinxeber.az » İqtisadiyyat » Biznes » “S&P Global”: ABŞ-nin ikinci dərəcəli tarifləri ilə bağlı təhdidi dünya ticarətində gərginliyi artıra bilər

“S&P Global”: ABŞ-nin ikinci dərəcəli tarifləri ilə bağlı təhdidi dünya ticarətində gərginliyi artıra bilər

ABŞ-nin Rusiyanın ticarət tərəfdaşı olan ölkələrdən idxala ikinci dərəcəli tariflər tətbiq etmək ilə bağlı təhdidi qlobal ticarət üçün yeni maneələr yarada və beynəlxalq danışıqları mürəkkəbləşdirə bilər.

Bu barədə “Sizinxeber.az” “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir.

Agentliyin analitikləri hesab edirlər ki, kredit riskləri baxımından belə tədbirlərin birbaşa təsiri ümumiyyətlə idarə oluna bilən olacaq. Lakin ən böyük təzyiq altında Rusiya ilə, xüsusilə də enerji sahəsində aktiv əməkdaşlıq edən iqtisadiyyatlar ola bilər.

"Bazarlarda ABŞ və Yaponiya, eləcə də ABŞ və Avropa İttifaqı (Aİ) arasında bir sıra ticarət sazişləri ilə bağlı nikbin əhvali-ruhiyyəyə baxmayaraq, ikinci dərəcəli tariflərin tətbiqinə dair təhdid qlobal ticarətə əlavə qeyri-müəyyənlik gətirə bilər. Bu, həmçinin ABŞ-nin Çin və Hindistanla cari danışıqlarını çətinləşdirə bilər. Bundan əlavə, neft təchizatında fasilələr qlobal qiymətlərinin müvəqqəti artımına səbəb ola bilər", - “S&P”nin hesabatında bildirilib.

Ən həssas ölkələr hansılardır?

Mütləq göstəricilərə görə Rusiyanın ən böyük ticarət tərəfdaşları Çin, Hindistan və Türkiyədir. Lakin Mərkəzi Asiya iqtisadiyyatları ümumi daxili məhsula (ÜDM) nisbətdə Rusiya idxalından ən çox asılı olan iqtisadiyyatlardır. Aİ-də, Rusiya qazının ümumi alışlarının azalmasına baxmayaraq, Macarıstan və Fransa hələ də onun əhəmiyyətli istehlakçıları olaraq qalır.

"Aktiv ticarət danışıqlarını, ABŞ şirkətləri və istehlakçıları üçün potensial mənfi nəticələri nəzərə alsaq, ABŞ-nin ikinci dərəcəli tarifləri tam şəkildə tətbiq etməsi ehtimalını az olduğunu hesab edirik", - agentlik qeyd edib.

Hesabatda vurğulanıb ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyaya Ukraynada atəşkəs tələbi ilə avqustun 8-nə qədər 10 günlük ultimatum verib. Həmçinin Rusiya ilə əməkdaşlıq edən ölkələrdən idxala 100 %-ə qədər sanksiyaların və ya tariflərin tətbiq oluna biləcəyi qeyd olunur.

Bu fonda Vaşinqton artıq Hindistandan idxala bu il avqustun 1-dən tətbiq olunan 25 %-lik tarif və Rusiya ilə ticarətə görə cəza planlarını elan edib. Senatın Rusiya idxalına, Rusiyadan enerji resursları və ya uran alan ölkələrdən gələn mallara 500 % tarif tətbiq etmək barədə təklifi hələlik təxirə salınıb.

"Bu addımlar Ukraynada münaqişəni başa çatdırmaq üçün səylərin artırılmasını əks etdirir və iyulun ortalarında elan edilmiş Aİ-nin yeni sanksiyalar paketinin, o cümlədən Rusiya neftinə qiymət tavanının azaldılmasının ardınca atılıb", - analitiklər izah edir.

Enerji ticarəti zərbə altında

“S&P”nin hesabatında qeyd edilib ki, enerji sahəsi ən həssas sahədir. Bu ilin yanvar-may aylarında Rusiya enerji daşıyıcılarının əsas idxalçıları Çin, Hindistan, Türkiyə, Qazaxıstan və Braziliya olub. 2024-cü ildə onların sırasına Ermənistan, Qırğızıstan, Özbəkistan, Gürcüstan və Azərbaycan da əlavə olunub.

"Kredit təzyiqi xarici ticarətin ÜDM-də əhəmiyyətli pay təşkil etdiyi və ABŞ də daxil olmaqla məhdud sayda tərəfdaşlara yönəldiyi ölkələrdə daha qabarıq ola bilər. Lakin Çin və Hindistan üçün ABŞ-yə ixrac ÜDM-in 4 %-dən azını, Türkiyə və Mərkəzi Asiya ölkələri üçün isə təxminən 1 % və ya daha az təşkil edir", - agentlik bildirir.

Buna baxmayaraq, “S&P” hesab edir ki, ticarət siyasətində ümumi qeyri-müəyyənlik və ikinci dərəcəli tariflərin dolayı təsirləri qarşıdakı 6-8 ayda təsirlənmiş ölkələrin kredit keyfiyyətinə mənfi təsir göstərə bilər.

Neft bazarı və qiymət riskləri

“S&P”nin məlumatına görə, ikinci dərəcəli tariflərdən yayınmağa çalışan ölkələrin Rusiya neftinin alışını kəskin azaltması qısamüddətli fasilələrə və qiymətlərin artmasına səbəb ola bilər.

"İyun ayında Rusiya gündəlik təxminən 9 milyon barel neft hasil edib - bu, qlobal hasilatının 8,5 %-ni təşkil edir. Əsas alıcılar Çin, Hindistan və Türkiyədir. Əgər onlar alışları məhdudlaşdırsalar, bu, bazarda volatilliyi artıra, Rusiya və qeyri-Rusiya nefti arasındakı qiymət fərqini böyüdə və idxal xərclərinin artmasına səbəb ola bilər", - agentlikdən bildirilib.

“S&P”nin analitikləri hesab edirlər ki, bu təsir cari təklif çoxluğu və “OPEC+”un gündəlik 4 milyon bareldən çox olan ehtiyat gücləri hesabına yumşaldıla bilər.

ABŞ danışıqçı kimi və mümkün nəticələr

Agentlikdən ehtimal edirlər ki, ikinci dərəcəli tariflər ABŞ tərəfindən ticarət danışıqlarında, xüsusilə kənd təsərrüfatı kimi həssas sektorlarda təsir vasitəsi kimi istifadə edilə bilər. Bu cür tədbirlərin müddəti qeyri-müəyyən olaraq qalır və sonrakı danışıqların mövzusu ola bilər.

"Rusiya enerji resurslarının idxalçılarına tariflərin tətbiqi məhdudlaşdırıla bilər, əgər “Brent” markalı neftin qiyməti 1 barel üçün 80 ABŞ dollarını ötərsə - bu ABŞ daxilində benzin qiymətlərinin artmasına səbəb olacaq. Bu isə istehlakçılar və administrasiya üçün həssas bir məsələyə çevrilir", - “S&P”dən qeyd edilib.

Bildirilib ki, əgər ikinci dərəcəli tədbirlər həyata keçirilərsə, təsirlənmiş ölkələr tərəfindən cavab tədbirləri istisna edilmir, bu da qlobal ticarət gərginliyini daha da artıracaq.

Belə ki, Rusiya artıq cavab tədbirlərinə hazır olduğunu nümayiş etdirib: iyulun 23-də Qazaxıstan ixracının 80 %-nə qədərini təmin edən Qara dəniz limanları vasitəsilə neft yükləmələri müvəqqəti olaraq dayandırılıb. Bu, Aİ tərəfindən yeni sanksiyaların elan edilməsindən sonra baş verib.

“S&P” qeyd edib ki, bu cür hərəkətlər dedollarizasiya proseslərini və ticarət axınlarının ABŞ-dən diversifikasiyasını sürətləndirə bilər: “Qlobal təchizat zəncirlərindəki dəyişikliklər yeni qalibiyyətlər və məğlubiyyətlər yaradacaq. ABŞ dollarının nisbətən zəifləməsi isə kapitalın digər valyutalar və aktivlər lehinə yenidən bölüşdürülməsinə işarə edə bilər”.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Prezident İlham Əliyevin doğum günüdür
  2. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  3. "Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
  4. Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah
  5. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  6. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  7. Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
  8. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  9. MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
  10. Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
SÖZÜM VAR !