İpoteka krediti ilə mənzil alanlara niyə ev verilmir? - Rəsmi AÇIQLAMA
sizinxeber.az xəbər saytı

İpoteka krediti ilə mənzil alanlara niyə ev verilmir? - Rəsmi AÇIQLAMA


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ipoteka krediti ilə mənzil əldə edən şəxslərə dövlətin ev verilməməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Redaktor.az xəbər verir ki, nazir bu barədə Milli Məclisdə çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, imtiyazlı şəxslərə mənzil veriləndə növbəlilik prinsipi əsas götürülür: "Növbəni yerli icra hakimiyyəti orqanları müəyyən edir. Qanunvericiliyin tələbi ondan ibarətdir ki, imtiyazlı şəxs mənzil uçotuna götürüldükdə onun mülkiyyətinda olan mənzil sahəsi nəzərə alınır. Sahə normativdən azdırsa çatışmayan hissə qədər dövlət mənzil sahəsi verə bilər. Bu günə qədər 14 150 mənzil verə bilmişik. I və II Qarabağ müharibəsi şəhidləri,əlillər nəzərə aldıqda bu rəqəm qat-qat çoxdur. Belə tələbin Mənzil Məcəlləsindən çıxarılması onunla nəticələnə bilər ki, ehtiyacı daha çox olanlar gözləyə-gözləyə digər kontingentə 2-ci və ya 3-cü evlər verilə bilər. Ən az mənzili olmayan insanların təminatı yekunlaşana qədər bu mexanizmlə davam edilə, növbəti mərhələdə digər şəxslərin mənzil təminatına baxıla bilər”.

Oxşar xəbərlər

Ərdoğan Azərbaycanla bağlı 100 milyonluq sazişi təsdiqlədi [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Cəbrayıla getdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Separatçıların atəşi nəticəsində Şuşada mülki şəxs həlak oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qaçqınkom"un heç bir quruma kommunal xidmətlərə görə borcu yoxdur" - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Cəbrayıl rayonuna səfər edib. [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər