Azərbaycan taekvondoçuları dünya çempionatında iştirak edəcək
Azərbaycan taekvondoçuları gənclər arasında keçiriləcək dünya çempionatı üçün Cənubi Koreyanın Çunçeon şəhərinə yollanıblar.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Oğlanlardan ibarət yığmanın baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçisi Zahid Məmmədov mundialda İlyas Hətəmli (45 kq), Məhəmməd Həsənli (48 kq), Harun Salmanzadə (51 kq), Fuad Məhərləmli (55 kq), Ziya Həsənli (59 kq), Vasif Səlimov (63 kq), Yunis Hüseynov (68 kq), Hüseyn Xudiyev (73 kq), Elcan Əliyev (78 kq) və Allahverdi Məmmədova (+78 kq) şans verəcək.
Qızlardan ibarət millimizin baş məşqçisi Sun Mi Parkla böyük məşqçi Seul Bi Li isə dünya çempionatında Gülü Zamanlı (42 kq), Xuraman Cavadzadə (44 kq), Nilufər Borji (49 kq), Seyidxanım Məmmədova (52 kq), Sehri Cəlalova (55 kq), Fatimə Həsənova (59 kq), Nərgiz Kazımova (63 kq) və Bahar İbrahimovanı (68 kq) sınayacaq.
Komandaya Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev rəhbərlik edəcək.
Dünya çempionatında ədalət təmsilçiləri arasında beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva da yer alacaq.
Qeyd edək ki, oktyabrın 1-də start götürəcək yarış altı gün davam edəcək
Oxşar xəbərlər
Azərbaycan taekvondoçuları dünya çempionatına yollanıblar
Taekvondoçularımız Latviyada G-1 kateqoriyalı yarışda 13 medal qazanıb
MOK Prezidenti Paris Olimpiadasının medalçılarını mükafatlandırıb
Prezident İlham Əliyev Olimpiada medalçılarını mükafatlandırıb
Qriqorçuk Qara Qarayevi əvəzedici komandaya göndərib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
-
ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirib - YENİLƏNİB - 2
-
Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
-
Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun ən qısa müddətdə açılmasına ümid edir
-
İran ABŞ-nin raketlərinə Yaxın Şərqə hücumla cavab verib
-
"Forbes" Dünya Kubokunun ən çox qazanan 11 futbolçusunun adını açıqlayıb
