Məşhur səyyah Xankəndidən Avropa və Kanadaya məktublar göndərib
sizinxeber.az xəbər saytı

Məşhur səyyah Xankəndidən Avropa və Kanadaya məktublar göndərib


Dünyanın 30 ölkəsindən Qarabağa səfər edən səyyahlar iyulun 10-da Füzuli və Şuşadan sonra Xankəndi şəhərinə gəliblər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Sizinxeber.az-nın yerli bürosu verilən məlumata görə, səyyahlar Xankəndi şəhərinin mərkəzi meydanında həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri ilə tanış olublar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qonaqlara Xankəndi işğaldan azad edildikdən sonra görülən işlər barədə məlumat veriblər. Bildirilib ki, infrastrukturun qurulması ilə yanaşı, şəhərin əsl tarixi siması özünə qayıdır və bu gün Xankəndi Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilir.

Səyyahlar Xankəndi şəhər poçt şöbəsində də olublar. Dünyaca məşhur olan səyyah İrlandiyalı David Joseph Langan Xankəndi şəhəri poçtundan İrlandiya və Kanadaya məktub və açıqca göndərib. Bu tarixi bir hadisə səyyahlarda xoş ovqat yaradıb.

Qeyd edək ki, heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır. Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün böyük imkan yaradır. Xatırladaq ki, son 4 il ərzində dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura beynəlxalq səyahətçilərin 13 dəfə səfəri təşkil olunub.

Oxşar xəbərlər

Türkiyənin ticarət nazirinin müavini Qarabağa səfər edib - FOTO
Xankəndidə Novruz bayramı qeyd olunur - FOTO
Xankəndidə 37 ildən son zəng çalınıb
İşğaldan azad olunmuş ərazilərdə Milli park yaradılır
Xankəndi, Ağdərə və Xocalıdakı daşınmaz əmlaklar qiymətləndiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər