Taekvondoçularımız Avropa birinciliyini 1 qızıl, 1 gümüş, 2 bürünc medalla başa vurublar - FOTOLENT
Noyabrın 7-dən 9-dək Albaniyanın paytaxtı Tirana şəhərində taekvondo üzrə keçirilən yeniyetmələr arasında Avropa birinciliyinin son günündə milli komandamızın üzvləri yığmamızın aktivinə daha iki medal əlavə ediblər.
Azərbaycan Taekvondo Federasiyasınından Sizinxeber.az-ya verilən məlumata görə, Taekvondoçumuz Novruz Əliyev (45 kq) bütün rəqiblərini üstələyərək Avropa çempionu adını qazanıb.
Millimizin üzvü Anar Abdullazadə (37 kq) gümüş medala sahib çıxıb.
Xatırladaq ki, yarışın ilk iki günündə taekvondoçularımız Gülay Əliyeva (44 kq) və Fərid Əlizadə (61 kq) bürünc medallara layiq görülmüşdülər.
Bununla da yeniyetmə taekvondoçularımız Avropa birinciliyini 1 qızıl, 1 gümüş, 2 bürünc medalla başa vurublar.
Qeyd edək ki, yarışda Azərbaycanın oğlanlardan ibarət komandası ümumi hesabda üçüncü pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Daha bir bokusçumuz Avropa çempionatında gümüş medal qazanıb
Taekvondoçularımız Latviyada G-1 kateqoriyalı yarışda 13 medal qazanıb
Bakıda taekvondo üzrə "Ümid-Alpman Open” turniri başlayıb
Azərbaycan daha iki cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB
Paris-2024: Azərbaycan medal sıralamasında 15-cidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













