sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycanın iki sərbəst güləşçisi dünya çempionatında bürünc medal qazanıb
Bolqarıstanın Samokov şəhərində U-20 dünya çempionatı davam edir.
Sizinxeber.az xəbər verir ki, ikinci yarış günündə 2 sərbəst güləşçimiz bürünc medal qazanıb.
Nurlan Ağazadə (70 kiloqram) debüt etdiyi mundialda fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Həmyerlimiz həlledici görüşdə gürcüstanlı Qoqa Otinaşvilidən güclü olub – 4:0.
Yusif Dursunov (125 kiloqram) bürünc medal uğrunda qarşılaşmada fransalı Levan Laqvilavayla üz-üzə gəlib. Son saniyələrdə həlledici xalı alan güləşçimiz 2:1 hesablı qələbə ilə dünya üçüncüsü olub.
Oxşar xəbərlər
Azərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazanıb
Azərbaycanın iki güləşçisi dünya çempionatında bürünc medal qazanıb
Həsrət Cəfərov bürünc medal qazanıb
Paris-2024: Azərbaycan güləşçisi bürünc medal qazanıb
Azərbaycan güləş millisi dördüncü dəfə Avropa çempionu olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













