Almaniya ABŞ qoşunlarının ölkədən çıxarılması fonunda Aİ-ni müdafiəni gücləndirməyə çağırıb
Almaniyadakı ABŞ qoşunlarının sayının azaldılması avropalılar üçün öz müdafiələrini daha da gücləndirməyə stimul olmalıdır.
"Sizinxeber.az"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
Onun sözlərinə görə, Vaşinqtonun bu addımı gözlənilən idi.
B.Pistorius qeyd edib ki, qismən ixtisar hazırda 40 minə yaxın hərbçinin yerləşdiyi Almaniyada ABŞ-nin hazırkı mövcudluğuna təsir edəcək:
"Biz, avropalılar, öz təhlükəsizliyimiz üçün üzərimizə daha çox məsuliyyət götürməliyik. Almaniya doğru istiqamətdə irəliləyir - silahlı qüvvələrini genişləndirir, müdafiə satınalmalarını sürətləndirir və zəruri infrastrukturu inkişaf etdirir".
Xatırladaq ki, ABŞ Almaniya ərazisindən 5 min hərbi qulluqçusunun çıxarılmasına başlayır.
Oxşar xəbərlər
Pistorius: Almaniya Kiyevə əlavə 1,9 milyard avro ayırmağı planlaşdırır
Avropa üçün daha artığını etməliyik - Pistorius
Almaniyanın müdafiə naziri ABŞ-nin vitse- prezidentini tənqid edib
Müdafiə naziri: Almaniya Ukraynaya sülhməramlı qüvvələrini göndərməyə hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
Venesuelada zəlzələdən sonra fövqəladə vəziyyət elan edilib
