Çin ABŞ və İran arasında atəşkəsə riayət olunmasına çağırıb
Çin ABŞ və İran arasında atəşkəs rejiminə riayət olunacağına ümid etdiyini bildirir.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Tszyan "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Onun sözlərinə görə, İslamabadda ABŞ və İran arasında aparılan danışıqlar deeskalasiya yolunda mühüm addım olub.
"Çin ümid edir ki, atəşkəsə riayət olunacaq, mübahisələr müharibəni alovlandırmaqla deyil, siyasi və diplomatik vasitələrlə həll ediləcək və Fars körfəzinə sülhün tezliklə qayıtması üçün şərait yaradılacaq", - o yazıb.
Lin Tszyan vurğulayıb ki, Hörmüz boğazında gərginliyin ilkin səbəbi hərbi münaqişə olaraq qalır və onun həlli üçün döyüş əməliyyatlarını mümkün qədər tez dayandırmaq lazımdır.
O, həmçinin bütün tərəfləri təmkinli olmağa və eskalasiyadan qaçmağa çağırıb.
Oxşar xəbərlər
Avropa liderləri İran və İsraili təmkinli olmağa çağırıblar - YENİLƏNİB
Misir İran və İsraili atəşkəs razılaşmasına riayət etməyə çağırıb
Şahbaz Şərif Yaxın Şərqdəki münaqişə tərəflərini atəşkəsə riayət etməyə çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
