İnfantino İranla ABŞ-nin "DÇ-2026 problemi"ni çözməyə çalışır
Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino İran yığmasının 2026-cı il dünya çempionatında iştirakı ətrafında ABŞ və İslam Respublikası arasındakı fikir ayrılıqlarını həll etmək üçün səylər göstərir.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Politico" yazıb.
İslamabadda Vaşinqton və Tehran arasında sülh danışıqlarının pozulmasından sonra dünya futbolunun rəhbəri hər iki tərəflə şəxsi əlaqələrini aktivləşdirib. İnfantino matçları ABŞ ərazisində keçirmək istəməyən İranla Amerika tərəfi arasında kompromis tapmağa çalışır.
İran yığması Şimali Amerikada keçiriləcək mundiala vəsiqəni ilk qazananlardan biri olub. Lakin bir ay əvvəl ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra Tehranda milli komandanın turnirdə iştirakı getdikcə daha çox şübhə altına alınıb.
İranın gənclər və idman naziri Los-Anceles və Sietldə planlaşdırılan matçların Meksika ərazisinə keçirilməsini tələb edib. FİFA bu həftə həmin xahişi rədd edib.
Adı açıqlanmayan Şimali Amerika futbol rəsmisinin sözlərinə görə, İnfantinonun qarşısında iki məsələni həll etmək durur: "ABŞ Prezidenti Donald Trampı İranın Amerika ərazisindəki matçlarda iştirakının yolverilən olduğuna inandırmaq və eyni zamanda İran tərəfinin bu cür şərtlərlə razılaşmasına nail olmaq".
Qeyd edək ki, vəziyyət son illər Amerika rəhbərliyi ilə ardıcıl olaraq sıx əlaqələr quran FİFA rəhbəri üçün ən ciddi geosiyasi çağırışlardan birinə çevrilib. Mənbələrin qeyd etdiyinə görə, təşkilat daxilində bu cür yanaşma, o cümlədən FİFA-nın ali rəhbərliyinin nümayəndələri arasında birmənalı olmayan reaksiya doğurur.
Oxşar xəbərlər
Şeynbaum: FIFA DÇ-2026-da İran yığmasının oyunlarını ABŞ-dən Meksikaya keçirməyəcək
Canni İnfantino son dörd ildə FIFA-nın gəlirlərinin iki dəfə artdığını açıqlayıb
İnfantino Ərdoğana dünya kubokunu verdi
FİFA-nın Afrika ofisi Mərakeşin paytaxtı ətrafında açılıb
FIFA prezidenti Ərdoğana top və forma hədiyyə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
