Tramp: İranla razılaşma baş tutmasa, ABŞ ən yaxşı silahları tətbiq etməyə hazırdır
sizinxeber.az xəbər saytı

Tramp: İranla razılaşma baş tutmasa, ABŞ ən yaxşı silahları tətbiq etməyə hazırdır


ABŞ Prezidenti Donald Tramp İran ətrafındakı gərginlik fonunda hərbi hazırlığın gücləndirildiyini bəyan edib və danışıqların uğursuz bitəcəyi təqdirdə güc tətbiqini istisna etməyib.

"Sizinxeber.az" xəbər verir ki, o bu barədə "The New York Post" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ hərbi gəmiləri indiyədək yaradılmış ən yaxşı silahla təchiz edilir.

"Biz gəmiləri indiyədək yaradılmış ən yaxşı silahla yükləyirik... Əgər razılaşma baş tutmasa, biz ondan çox səmərəli şəkildə istifadə edəcəyik", - Tramp vurğulayıb.

O qeyd edib ki, yaxın sutka ərzində İranla danışıqların uğurlu olub-olmayacağı bilinəcək. "BU, təxminən 24 saatdan sonra, tezliklə aydın olacaq", - o bildirib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb. Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.

Qeyd edək ki, ABŞ və İran danışıqları aprelin 11-də Pakistanda keçiriləcək.

Oxşar xəbərlər

Tramp ABŞ-nin İranla sazişin şərtlərindən məmnun olmadığını bildirib
Tramp İranı Hörmüz boğazından istifadəyə görə ödəniş almamağa çağırıb
Tramp İranı Hörmüz boğazında gəmiçilik qaydalarını pozmaqda təqsirləndirib
İranla razılaşma hələ tezdir, şərtlər yaxşı deyil - Tramp
ABŞ İrandan nüvə materiallarının çıxarılmasını istisna etmir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər