Livanda atəşkəsdən sonra ölənlərin sayı 254-ə çatıb
sizinxeber.az xəbər saytı

Livanda atəşkəsdən sonra ölənlərin sayı 254-ə çatıb


Çərşənbə günü ABŞ və İran arasında atəşkəs əldə edildikdən sonra İsrailin hücumları nəticəsində Livanda azı 254 nəfər həlak olub, daha 1 165 nəfər yaralanıb.

"Sizinxeber.az" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə Mülki Müdafiə İdarəsinin məlumatında deyilir.

Daha əvvəl 112 nəfərin həlak olduğu və 837 nəfərin yaralandığı barədə məlumat var idi.

Səhiyyə naziri Rakan Nəsrəddin bildirib ki, İsrailin bütün ölkə boyu "100-dən çox aviazərbə" endirməsindən sonra Livan "təhlükəli eskalasiya" ilə üzləşib.

"Təcili yardım maşınları zərərçəkənləri xəstəxanalara çatdırmağa davam edir. Biz beynəlxalq təşkilatları Livanın səhiyyə sektoruna kömək etməyə çağırırıq", - Nəsrəddin "Al Jazeera"ya müsahibəsində bildirib.

Xatırladaq ki, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. İran öz növbəsində bildirib ki, bu müddət ərzində İran silahlı qüvvələri ilə koordinasiya edilməklə və texniki məhdudiyyətlər nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid təmin ediləcək.

Xatırladaq ki, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəlib. İran bildirib ki, bu müddət ərzində İran Silahlı Qüvvələri ilə koordinasiya şəraitində və texniki məhdudiyyətlər nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid təmin ediləcək.

İsrail isə mövcud atəşkəs qərarının Livana şamil edilmədiyini əsas gətirərək bu ölkəyə zərbələr endirib. Daha sonra İran parlamentinin spikeri Məhəmmədbaqer Qalibaf bəyan edib ki, Livanda atəşkəsin əldə olunması planın birinci şərti idi.

Oxşar xəbərlər

Monteneqro XİN: Hörmüz boğazında naviqasiya azadlığı prioritet olmalıdır
Livanda partlayışlarda ölənlərin sayı 25-ə çatıb
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 900 nəfəri ötüb
İranda İsrailin zərbələri nəticəsində ölənlərin sayı 1 062 nəfərə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər