Zoltan Kovaç: Macarıstan "qızıl karvan"ı işi üzrə yeni təfərrüatları açıqlayıb
sizinxeber.az xəbər saytı

Zoltan Kovaç: Macarıstan "qızıl karvan"ı işi üzrə yeni təfərrüatları açıqlayıb


Macarıstanın Milli Vergi və Gömrük İdarəsi (NAV) Ukrayna nağd pullarının və qızılının külli miqdarda ölkə ərazisindən keçirilməsi ilə bağlı yeni sübutların aşkar edildiyini bəyan edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Baş nazirin dəftərxanasının mətbuat katibi Zoltan Kovaç "X" sosial şəbəkəsində yazıb.

O bildirib ki, "qızıl karvan" adlanan insidentə aid çirkli pulların yuyulması şübhəsi üzrə cinayət işində yeniliklər var.

Onun sözlərinə görə, müstəntiqlər zirehli avtomobillərin hələ dövriyyəyə buraxılmamış təzə çap olunmuş avro və dolları daşıdığını müəyyən ediblər.

"Bu vəsaitlər Ukraynanın "Oşçadbank"ı, eləcə də Polşa və Cəbəllütariqin maliyyə təşkilatları da daxil olmaqla bir sıra banklarla əlaqəli olub", - Kovaç yazıb.

Mətbuat katibi qeyd edib ki, sübutlar arasında Ukraynanın keçmiş kəşfiyyat general-mayorunun guya sənədləri saxtalaşdırdığı, şərikləri isə korrupsiya ilə bağlı ödənişləri müzakirə etdiyi videoyazı da var.

"Yük mənşəyi və təyinatı aydın olmayan təxminən 40 milyon dollar, 35 milyon avro və 9 kq qızılı əhatə edirdi. NAV beynəlxalq əməkdaşlıq tələb edib və qanunsuz hərəkətlər ittihamlarını rədd edərək, bütün istintaq tədbirlərinin sənədləşdirildiyini və qanuna ciddi riayət olunmaqla həyata keçirildiyini vurğulayıb", - Kovaç sözlərini yekunlaşdırıb.

2026-cı ilin mart ayının əvvəlində Macarıstan xüsusi xidmətləri (TEK) tərəfindən külli miqdarda nağd pul və qızılın ələ keçirilməsindən sonra Budapeşt və Kiyev arasındakı münasibətlər kəskin hüquqi və siyasi qarşıdurma mərhələsinə keçib. KİV-lərdə "qızıl karvan" adını almış zirehli avtomobillər qrupu Ukraynaya gedən yolda saxlanılıb. Axtarış zamanı Macarıstan hakimiyyəti təxminən 40 milyon dollar, 35 milyon avro və 9 kq qızıl müsadirə edib.

Oxşar xəbərlər

Orban İtaliya və Macarıstanın Brüsselə təslim olmayacağını bildirib
Macarıstan Aİ-nin Çindən gələn elektomobillərə rüsum tətbiqini dəstəkləməyəcək
Siyarto: Macarıstan Ukraynaya silah tədarük etməyib və etməyəcək
Peter Siyarto: “Black Sea Energy” layihəsi sürətlə praktiki icra mərhələsinə doğru irəliləyir"
Macarıstan Borrelin Rusiyanı Qərb silahları ilə vurmaq çağırışını pisləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər