ABŞ-nin Kolorado ştatında Azərbaycan icmasının ilk diaspor təşkilatı yaradılıb
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kolorado ştatında məskunlaşan Azərbaycan icmasının ilk diaspor təşkilatı yaradılıb.
"Report" xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, "Koloradoda Azərbaycan Diasporu" adlanan təşkilatın məqsədi yerli Azərbaycan icmasının Amerika cəmiyyətində təmsilçiliyini artırmaq və bu missiyanı gələcək nəsillərə ötürməkdir.
Kolorado azərbaycanlılarının ABŞ-də yaşayan digər etnik qruplar, yerli icmalar və gənc nəsil arasında sıx əlaqələrin qurulması, habelə Azərbaycan dilinin və mədəniyyətinin təbliği də təşkilatın əsas hədəflərindəndir.
Yeni yaradılan təşkilatın təsisçisi və rəhbəri Nigar Şıxsəfiyeva Azərbaycanın diaspor fəaliyyətinin genişləndirilməsi, ölkənin ABŞ-də tanıdılması istiqamətində mühüm addımlar atılacağını vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycanın Rusiyadakı səfiri diaspor nümayəndələri ilə görüşüb
“Yerli İcmalar və Yerli Etnik Qruplar Platformasında çoxtərəfli dialoq” mövzusunda konfrans keçirilib
Azərbaycan diaspor təşkilatları Niderland Hökumətinin qərəzli mövqeyi ilə bağlı bəyanatlar yayıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
-
Tramp və Pezeşkian ABŞ-İran sazişinin nüsxəsini imzalayıblar
-
Ağakərim Səmədzadə: "Azərbaycan ekoloji siyasəti iqtisadiyyatın bütün əsas sahələrinə inteqrasiya edir"
-
Cəlal Hüseynov: "Rumıniya klubuna keçidim karyeramda irəliyə atılan addımdır"
-
Yəmən sahilində daha bir gəmiyə silahlı hücum oldu
