Ukrayna Prezidenti azərbaycanlını Kiyevin hərbi administrasiyasının rəisi təyin edib
sizinxeber.az xəbər saytı

Ukrayna Prezidenti azərbaycanlını Kiyevin hərbi administrasiyasının rəisi təyin edib


Ukrayna Prezidenti Volodimir Zelenskinin müvafiq sərəncamı ilə azərbaycanlı Teymur Firudin oğlu Tkaçenko (Məmmədov) Kiyev şəhəri hərbi administrasiyasının rəisi təyin edilib.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Teymur Tkaçenko bu vəzifəyə qədər Ukrayna strateji sənayelər nazirinin müavini və Ukrayna ərazi və regional inkişaf nazirinin müavini olub.

O, Kiyev şəhərində anadan olub, burada da boya-başa çatıb.

Qeyd edək ki, Teymur Tkaçenko Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi, əslən Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur.

Oxşar xəbərlər

Ukraynada azərbaycanlı nazir müavini təyin olunub
Zelenski Kiyev şəhər hərbi administrasiyasının rəhbərini dəyişib
Zelenski Ukrayna XİN başçısı vəzifəsinə Sibiqanın namizədliyini irəli sürüb
Ukraynada müharibədə daha bir azərbaycanəsilli həlak olub
Ukrayna Radasına 8 nazir vəzifəsinə namizədlər təqdim olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle