Tbilisi Beynəlxalq Kitab Festivalında Azərbaycanın milli stendi açılıb
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən XXVII Beynəlxalq Kitab Festivalında Azərbaycan ilk dəfə olaraq milli stendlə iştirak edir.
"Report"un Gürcüstan bürosunun verdiyi xəbərə görə, Azərbaycan tədbirdə Mədəniyyət Nazirliyi və Milli Kitabxananın nümayəndə heyəti ilə təmsil olunur.
Festival çərçivəsində “Azərbaycanda kitab mədəniyyəti” mövzusunda panel müzakirəsi də təşkil olunub. Tədbir boyunca müəlliflərlə görüşlər, kitab təqdimatları və ədəbi diskussiyalar keçirilir.
Qeyd edək ki, 1998-ci ildən etibarən hər il keçirilən Tbilisi Beynəlxalq Kitab Festivalı bu il iyunun 2-dək davam edəcək. Məqsəd mütaliə vərdişlərinin təşviqi, nəşriyyat sektorunun inkişafı və regional mədəni əməkdaşlığın gücləndirilməsidir.
Oxşar xəbərlər
Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur
Azərbaycan Moskva Beynəlxalq Kitab Sərgisində təmsil olunur
Azərbaycan 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
Nazir müavini: "Builki kitab sərgisinin fəxri qonağı ICESCO olacaq"
Azərbaycan nəşrləri XXI Beynəlxalq “Kitab sənəti” müsabiqəsində qalib olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













