AYB-də “Moldova poeziyası saatı” keçirilib - FOTO
Bu gün AYB-nin Natəvan klubunda Moldova və Rumıniya səfirlərinin iştirakı ilə “Moldova poeziyası saatı” keçirilib.
APA xəbər verir ki, tədbirdə həmçinin görkəmli Moldova şairi Qriqore Vyerunun 90 illik yubileyi qeyd olunub, onun “İynənin nəğməsi”, İon Hadırkanın “Mavi şəhər” şeir kitablarının təqdimatı baş tutub.
Tədbirdə çıxış edən Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu bildirib ki, 2017-ci ildən bu yana rumın ədəbiyyatından 12 kitab Azərbaycan dilinə tərcümə edilib.
“Hazırda daha 3 kitab tərcümə üçün hazırlanır”, - o qeyd edib.
Tədbirdə Moldova və Rumıniya səfirləri hər iki şeir kitabı ilə bağlı fikirlərini bölüşüblər. Rumıniya səfiri, rumın şeirinin və ədəbiyyatının zənginliyini və dərinliyini vurğulayıb.
Moldova səfiri Moldova poeziyasının xüsusiyyətlərini, xalqın ruhunu və tarixini əks etdirən əsərlərin önəmini qeyd edib.
Hər iki səfir, bu kitabların tərcüməsi və Azərbaycan oxucusuna təqdim olunmasının ədəbi əlaqələrin inkişafına mühüm töhfə verəcəyini ifadə ediblər.
Tədbirdə sonunda şeirlər səsləndirilib.
Oxşar xəbərlər
Moldova səfiri Rusiya XİN-ə çağırılıb
Rusiyanın müvəqqəti işlər vəkili Moldova XİN-ə çağırılıb
Bakı Kitab Mərkəzində Ukrayna şeiri gecəsi keçirilib - FOTO
Peskov: Kreml Moldova və Gürcüstandakı seçkilərə müdaxilə etməyə çalışmır
10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları məlum olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













