Azərbaycan Dövlət Mahnı Teatrına yeni direktor təyin edilib
Azərbaycan Dövlət Mahnı Teatrına yeni direktor təyin edilib.
"Report"un əldə etdiyi məlumata görə, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Ülviyyə Firudin qızı Bəbirova sözügedən vəzifəyə təyinat alıb.
Mədəniyyət Nazirliyindən faktı "Report"a təsdiq ediblər.
Qeyd edək ki, Ülviyyə Bəbirova 2007-ci ildə Bakı Musiqi Akademiyasının fortepiano fakultəsini, 2010-cu ildə isə Bakı Musiqi Akademiyasının magistr pilləsini bitirib.
2014-cü ildə “Müasir Azərbaycan kino musiqisinin milli xüsusiyyətləri (XX əsrin sonu – XXI əsrin əvvəli) mövzusu üzrə müdafiə edib. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur.
O, "İrəli" İctimai Birliyində Mədəniyyət Mərkəzinin və "Azərbaycan Könüllülər" İctimai Birliyinin Mədəniyyət Mərkəzinin rəhbəri vəzifələrində çalışıb.
Oxşar xəbərlər
Azərbaycan Dövlət Mahnı Teatrına yeni direktor təyin olunub
132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib
Mədəniyyət Nazirliyində YENİ TƏYİNAT
"Bakı Metropoliteni"nin sədri özünə yeni müşavir təyin edib
Nizami Kino Mərkəzinə yeni direktor təyin olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
"ASAN Xidmət"in rəhbəri BMT-nin beynəlxalq forumunda iştirak edir
