Bakıda Latviya səfirliyinin dəstəyi ilə "Meşənin pıçıltısı - Səsin sehri" adlı sərgi keçirilib
Bakıda “Gazelli Art House” qalereyasında Latviya səfirliyinin dəstəyi ilə rəssam Elnarə Nəsirlinin Azərbaycan və Latviyanın zəngin biomüxtəlifliyinə həsr olunmuş “Meşənin pıçıltısı - Səsin sehri” adlı sərgisi keçirilib.
“Report” xəbər verir ki, ekspozisiyada Azərbaycan və Latviya meşələrindən toplanmış ağac yarpaqlarının xışıltısı nümayiş etdirilir.
Ekspozisiyanın yaradılmasında yerli bitki növlərinin səsləri əsasında yaradılmış musiqi də daxil olmaqla innovativ səs texnologiyalarından istifadə olunub.
"Bu ekspozisiyanın unikallığı ondan ibarətdir ki, siz Qarabağın qurudulmuş bitki və ağaclarının səslərini eşidəcəksiniz", - tədbirin kuratoru Səbinə Şıxlinskaya qeyd edib.
Səs ekspozisiyası ilə yanaşı, əvvəllər Bakıda COP29-da təqdim olunmuş gələcəyin ekoloji texnologiyasının konsepsiyası da nümayiş etdirilib.
"Konsepsiya ağacların məhv olduğu antiutopik gələcəyi təsvir edir. Bu gələcəkdə hər bir insan "karbon vergisi" ödəməli - oksigen istehlakı və CO2-nin udulması üçün kvotaya malik olmalı, həmçinin havanı təmizləyən cihaz almalı və ya yaratmalıdır", - E.Nəsirli bildirib.
Qeyd edək ki, ekspozisiya ilk dəfə noyabrın 7-də təqdim edilib. Sərgini COP29 konfransı çərçivəsində Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa, həmçinin Latviyanın kənd təsərrüfatı və iqlim nazirləri ziyarət ediblər.
Oxşar xəbərlər
Bakıda iqlim problemlərindən bəhs edən incəsənət sərgisi açılır - FOTO
Bakıda Latviya səfirliyinin dəstəyi ilə “Meşənin pıçıltısı - səsin sehri” adlı sərgi açılıb
Latviya Prezidenti COP29-a gələcək
Bakıda “Azərbaycan-Latviya İnformasiya və Şəbəkə Görüşü” keçirilir
Rusiya PUA-sı Latviya ərazisinə düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












