Aydın Kazımzadənin 85 illiyi münasibətilə yubiley gecəsi keçirilib
Azərbaycan Dövlət Film Fondunda Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadənin 85 illiyi münasibətilə yubiley gecəsi keçirilib.
"Report" xəbər verir ki, gecədə kino tədqiqatçısının həyat və fəaliyyətini özündə əks etdirən fotosərginin açılışı oldu.
Mədəniyyət Nazirliyi adından yubilyarı təbrik edən nazir müavini Səadət Yusifova Azərbaycan kino tarixinin araşdırılmasında Aydın Kazımzadənin xidmətlərindən bəhs edib, onun dövlət tərəfindən bir çox mükafatlarla təltif olunduğunu vurğulayıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqı adından birinci katib, Xalq artisti Şəfiqə Məmmədova, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası adından qurumun direktoru Azər Quliyev A.Kazımzadəyə təbriklərini çatdırıblar.
Tədbirin aparıcısı, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Aydın Kazımzadənin çoxşaxəli fəaliyyətindən danışaraq, onun Azərbaycan kinosunun təbliğatı ilə bağlı xüsusi xidmətlərinin olduğunu qeyd edib, 1990-cı illərin ortalarında milli kino muzeyinin ikinci dəfə formalaşmasında zəhmətini əsirgəmədiyini bildirib. Sonra çıxış edən Xalq yazıçısı Natiq Rəsulzadə, Xalq artistləri Rafiq Əzimov, Həmidə Ömərova, Xalq rəssamı Arif Hüseynov, professor Abbasqulu Nəcəfzadə, Əməkdar incəsənət xadimləri Ayaz Salayev, Cahangir Zeynallı, Əməkdar jurnalist Etibar Babayev, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy yubilyara təbriklərini çatdırıblar, yeni tədqiqat işlərində ona uğurlar arzulayıblar.
Oxşar xəbərlər
Muzeyin direktoru: Azərbaycan dirijorluq məktəbinin inkişafı Maestro Niyazinin adı ilə bağlıdır
XV Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi baş tutub
"Gəncə və gəncəlilər" layihəsində Şahnaz Haşımovanın yaradıcılıq gecəsi baş tutub
“Mədəniyyət Könüllüləri” İB-nin toplantısı keçirilib
Mədəniyyət Nazirliyində türkiyəli kino təhsili mütəxəssisləri ilə görüş keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












