Mədəniyyət naziri Romada ICCROM-un baş direktoru ilə görüşüb
Mədəniyyət naziri Adil Kərimli İtaliyaya səfəri gedişində dekabrın 19-da qərargahı Romada yerləşən Mədəni Mülkiyyətin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) baş direktoru Aruna Françeska Maria Gujral ilə görüşüb.
Mədəniyyət Nazirliyindən Sizinxeber.az-ya verilən məlumata görə, Romadakı Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən görüşdə xanım baş direktoru salamlayan nazir deyib ki, multikultural ölkə olan Azərbaycanda müxtəlif xalqlara və dinlərə məxsus mədəni mirasın qorunması, təmir və bərpası bu sahədə dövlət siyasətinin prioritet istiqamətlərindədir.
Azərbaycan həm dövlət səviyyəsində, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun xətti ilə bir sıra dinlərə mənsub yerli və beynəlxalq səviyyədə abidələrin, ziyarətgahların bərpasına mühüm töhfələr verir.
ICCROM-un baş direktoru noyabr ayında Bakıda təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakından və keçirdiyi görüşlərdən məmnunluğunu bildirib. O, Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyini, COP29-un uğurla nəticələndiyini deyib.
Görüşdə ölkəmizin ICCROM-la əməkdaşlığı ilə bağlı müzakirə aparılıb.
Oxşar xəbərlər
Adil Kərimli ICCROM-un baş direktoru ilə görüşüb
Nazir: Azərbaycanda müxtəlif xalqlara və dinlərə məxsus mədəni mirasın qorunması prioritetdir
Romada Azərbaycan-İtaliya mədəni əməkdaşlığı müzakirə olunub - FOTO
Adil Kərimli Romada XXI Əsrin Milli İncəsənət Muzeyini ziyarət edib - FOTO
Adil Kərimli Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












