Azərbaycan xalq çalğı alətlərinin standartlarının hazırlanması üzrə komitə yaradılıb
Mədəniyyət Nazirliyinin təklifi əsasında Azərbaycan xalq çalğı alətlərinin standartlarının hazırlanması üzrə Texniki Komitə yaradılıb.
Qurumdan "Sizinxeber.az"a verilən məlumata görə, komitənin ilk iclası keçirilib.
İclasda Mədəniyyət Nazirliyi və “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin əməkdaşları, Texniki Komitənin üzvləri iştirak ediblər.
Bildirilib ki, xalq çalğı alətlərinə dair standartların hazırlanmasında intellektual və təcrübi yanaşmalar tətbiq edilməlidir. Bu standartlar milli musiqi alətlərinin həm qorunub saxlanılmasına, həm də təkmilləşdirilməsinə öz töhfəsini verəcək.
Qeyd olunub ki, Azərbaycan xalq çalğı alətləri xalqımızın musiqi tarixi, ifaçılıq sənəti, eləcə də musiqi təfəkkürü və bədii-estetik zövqü ilə sıx bağlı olan mədəni sərvətdir. Bu alətlərin hazırlanması prosesi əsrlərdən bəri müəyyən prinsip əsasında, yəni sənətkarlar tərəfindən nəsildən-nəslə ötürülərək yaradılıb. Bu gün xalq çalğı alətlərinin hazırlanmasında ümumi yanaşma yoxdur. Bu o deməkdir ki, hər bir usta fərqli ölçü və texnologiyalarla çalışır. Nəticədə musiqi alətlərinin bədii və texniki imkanlarında fərqlilik və mənfi halların yaranması müşahidə olunur. Xalq çalğı alətləri üzrə standartların yaradılması alətlərdə ölçülərin düzgün verilməsinə, kök sistemi, akustik xüsusiyyətlərin, ümumilikdə isə bədii və texniki imkanların artırılmasına zəmin yaradacaq. Eyni zamanda sahə üzrə mütəxəssislərin yetişdirilməsi və müvafiq peşəkar ixtisasların yaradılması prosesinə də müsbət təsirini göstərəcək.
Daha sonra xalq çalğı alətlərinin standartlarının hazırlanması üzrə Texniki komitənin əsasnaməsi təqdim olunub. Əsasnaməyə əsasən, komitədə Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA, Milli Konservatoriya, Bakı Musiqi Akademiyası və digər qurumların təmsilçiləri yer alır.
İclasda digər çıxış edənlər Texniki komitənin yaradılmasının əhəmiyyətini qeyd edib, müvafiq təkliflərini səsləndiriblər. Standartların hazırlanması istiqamətində görüləcək işlər, bununla bağlı iş planının tərtib olunması barədə müzakirələr aparılıb.
Oxşar xəbərlər
Bakı İlahiyyat Kolleci yaradıldı
Milli Paralimpiya Komitəsinin İdarə Heyətinin iclası keçirilib
Azərbaycanın bir sıra qeyri-maddi mədəni irs nümunələri İslam Dünyası İrs Siyahısına daxil edilib
Balaban, iftar süfrəsi UNESCO-nun bu siyahısına daxil edildi
AZPROMO-nun yaradılmasından 5 il ötür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












