Leyla Əliyeva, İordaniya şahzadəsi və ICCROM-un baş direktoru "Manqurt" tamaşasını izləyiblər
sizinxeber.az xəbər saytı

Leyla Əliyeva, İordaniya şahzadəsi və ICCROM-un baş direktoru "Manqurt" tamaşasını izləyiblər


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, COP29 çərçivəsində ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığının şahzadəsi, UNESCO-nun xoşməramlı səfiri, Petra Milli Trestinin prezidenti Dana Firas və ICCROM-un baş direktoru Aruna Françeska noyabrın 17-də Azərbaycan Dövlət Pantomima Teatrında "Manqurt" tamaşasını izləyiblər.

"Sizinxeber.az" xəbər verir ki, dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun "Gün var əsrə bərabər" əsərinin motivləri əsasında hazırlanan səhnə əsərinin quruluş müəllifi Ceyhun Dadaşov, rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Elman Rəfiyev, plastik həll üzrə rejissoru Xalq artisti Bəxtiyar Xanızadədir. Tamaşada teatrın bütün aktyor heyəti çıxış edir.

Uzun illərdir teatrın repertuarda olan tamaşa bu mövsümdə sənətsevərlərə yeni üslubda təqdim edilir.

Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Oxşar xəbərlər

Leyla Əliyeva, İordaniya şahzadəsi və ICCROM-un baş direktoru "Manqurt" tamaşasını izləyiblər - FOTO
Sankt-Peterburqda "İblis və..." tamaşasının premyerası keçirilib
"İblis və..." tamaşasının premyerası Sankt-Peterburqda olacaq
COP29 çərçivəsində "Şinel" tamaşası nümayiş ediləcək
Şuşa Teatrı yeni mövsümü “Molla Nəsrəddini tapın” tamaşasının premyerası ilə açacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər