Azərbaycanın bəzi şəhərlərinin UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilməsi üçün iş aparılır
Mədəniyyət Nazirliyi tərəfindən 31 oktyabr – Dünya Şəhərlər Günü münasibətilə Heydər Əliyev Mərkəzində UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə dair dəyirmi masa təşkil edilib.
Nazirlikd'n Sizinxeber.az-ya verilən xəbərə görə, tədbirdə mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, nazirliyin struktur bölmələrinin rəhbərləri və əməkdaşları, regional mədəniyyət idarələrinin, eləcə də Şəki, Bakı, Lənkəran şəhər icra hakimiyyətləri, Azərbaycan Respublikasının UNESCO yanında Daimi nümayəndəliyi və UNESCO üzrə Milli Komissiyanın təmsilçiləri iştirak ediblər.
Əvvəlcə UNESCO-nun Yaradıcı Sənayelər Şəbəkəsinin tarixi, əhəmiyyəti və məqsədləri haqqında qısa məlumat verilib, şəhərlərin sosial-iqtisadi inkişafına olan təsiri ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonra Yaradıcı Şəhərlər Şəbəkəsində yer alan Şəki, Bakı və Lənkəran şəhərləri ilə bağlı təqdimatlar olub, Şəbəkəyə üzvlük dövründə görülən işlərdən danışılıb. Qeyd olunub ki, şəhərlərimiz bu çərçivədə bir sıra layihələr həyata keçirib, yerli və beynəlxalq səviyyədə yaradıcılığı təşviq edən tədbirlər təşkil edib.
Şəbəkədə şəhərlərimizin daha aktiv fəaliyyətinin təşkili məqsədilə koordinasiya mexanizmlərinin təkmilləşdirilməsi, dünyanın müxtəlif ölkələrində keçirilən alt-şəbəkə görüşlərində, eyni zamanda 2025-ci ildə Meksikanın Keretaro şəhərində baş tutacaq Yaradıcı Şəhərlər Şəbəkəsinin illik konfransında iştirak və Şəbəkəyə üzv olan digər şəhərlərlə əməkdaşlığa dair təkliflər səslənib.
Bildirilib ki, Azərbaycanın digər şəhərlərinin də Şəbəkəyə daxil edilməsi üçün müvafiq namizədliklərin UNESCO Katibliyinə təqdim olunması istiqamətində işlər aparılır.
Xatırladaq ki, Azərbaycanın Şəki şəhəri “sənət və sənətkarlıq” tematikası üzrə 2017-ci ildən, Bakı şəhəri “dizayn” tematikası üzrə 2019-cu ildən, Lənkəran şəhəri isə “qastronomiya” tematikası üzrə 2021-ci ildən UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin üzvüdür.
Oxşar xəbərlər
UNESCO Baş Qərargahında COP29 çərçivəsində Azərbaycanda keçiriləcək mədəniyyət tədbirlərinin təqdimatı olub
UNESCO-ya daxil edilmiş Natəvanın “Gül dəftəri”nə sertifikat verilib
Bakıda tarixi İpək Yoluna həsr olunmuş UNESCO konfransı keçirilir
Mədəniyyət Nazirliyi Moskva Kino Həftəsində təmsil olunub
Balaban, iftar süfrəsi UNESCO-nun bu siyahısına daxil edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Suriya müxalifət qüvvələri Homsun şimalında tam nəzarəti ələ keçirib - YENİLƏNİB
-
Marneulidə aşıq və sazbənd Bəfalı Adıgözəlovun 65 illik yubileyi qeyd olunub
-
Aİ XİN rəhbərləri Gürcüstanın Avropaya inteqrasiyasının dayandırılmasını müzakirə edəcək
-
Şövkət Ələkbərovanın ifa etdiyi daha 4 mahnının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
-
Mersisayd derbisi ertələnə bilər
-
İran XİN başçısı Qətərdə səfərdədir