Bəstəkarlar İttifaqının sədri telekanalları tənqid edib
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə televiziya kanallarının ziyalıları efirə dəvət etməməsindən narazılığını bildirib.
"Sizinxeber.az"un məlumatına görə, o, Yaradıcı ittifaqların və mədəniyyət xadimlərinin l qurultayında deyib ki, bu gün böyük əsərləri ortaya çıxarmaq lazımdır.
"Televiziya kanallarına ziyalıları çağırıb onların rəyi öyrənilməlidir. Üzeyir Hacıbəyli bunumu istəyib ki, bizdə bəzi telekanallarda ancaq toy mahnıları səslənsin. Olsun, amma bizim intellektual səviyyə təkcə toy musiqiləri ilə bitmir", - deyə F.Əlizadə vurğulayıb.
Bəstəkar qeyd edib ki, bu il çox əlamətdar hadisələrlə yadda qalıb: "Biz bu il çox yüksək səviyyədə Ulu Öndər Heydər Əliyevin 100 illiyini keçirdik. Bu il ərzində Şuşaya getdik, həmin yerləri gəzib gördük. Mən onu xüsusilə vurğulamaq istəyirəm ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində təkcə qələbə qazanmayıb, həm də böyük qurucudur. Qarabağa gedib qısa zaman ərzində görülən quruculuq işlərini görmək, həmin möhtəşəmliyin şahidi olmaq bunu bir daha göstərir".
Oxşar xəbərlər
Yazıçı Anar: "AYB İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev: "Biz Heydər Əliyevin 100 illiyini onun siyasətinə, tarixi irsinə hörmət göstərərək qeyd edirik" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezidentdən Heydər Əliyevlə bağlı həssas sözlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Audiovizual Şura pozuntular aşkarladı: Televiziya kanallarına xəbərdarlıq edildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət başçısı: "Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda bu gün burada olmağım böyük rəmzi məna daşıyır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












