Milli Kino Günü münasibətilə "CineMastercard" kinoteatrında xüsusi təklif olacaq
Milli Kino Günü münasibətilə "CineMastercard" kinoteatrında xüsusi təklif olacaq, bütün Azərbaycan istehsalı filmlər cəmi 5 AZN-ə olacaq. Bu, yerli kino sənayesini dəstəkləmək və azərbaycanlı rejissorlara məxsus parlaq əsərlərin dadını çıxarmaq üçün əla fürsətdir.
Aksiya yalnız bir gün - 2 avqust tarixində keçərlidir və kinoteatr repertuarındakı bütün Azərbaycan filmlərinə şamil edilir.
Proqramda olacaq:
“Tağıyev: Çar” - Neft sənayeçisi, milyonçu, mesenat və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatına həsr olunmuş dörd seriyalı filmin ikinci hissəsi. Film XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakıda və Azərbaycanın bölgələrində baş verən mühüm tarixi hadisələri əhatə edir. Layihə miqyasına görə Azərbaycan kinematoqrafiyası üçün əhəmiyyətli hadisəyə çevrilib.
Rejissor: Zaur Qasımlı.
Rollarda: Pərviz Məmmədrzayev, Qurban İsmayılov, Rasim Cəfərov, Elşən Rüstəmov, Natəvan Hacıyeva, Sanan Əlləz.
“Qapı” -Yeni həyat uğrunda oğurluq etməyə qərar verən üç qohum haqqında maraqlı kriminal tragikomediya. Hər şey planlaşdırıldığı kimi getmir və onlar gərgin psixoloji mübarizənin başladığı bir evdə tələyə düşürlər.
Rejissor: Vüsal Əhmədzadə.
Rollarda: Rafael İsgəndərov, Nurlan Rüstəmov, Taleh Yüzbəyov, Sənubər İsgəndərli, Kəmalə Piriyeva, Kamran Ağabalayev, Zemfira Əbdülsəmədova, Emil Musayev və İlkin Xəlil.
“Apatiya 2” - Anasını axtarmaq üçün uşaq evindən qaçan Akifin dramatik hekayəsi. Yolda o, cəmiyyətin biganəliyi və sərt reallıqla üzləşir. Film mühüm sosial və mənəvi məsələləri gündəmə gətirir.
Rejissor: Hikmət Rəhimov.
Rollarda: Tural Baxış, Şəhla Əligızı və Fuad Cabiyev.
“CineMastercard” kinoteatrı tamaşaçıları Azərbaycan kinosundan zövq almağa və milli kinematoqrafiyanın gücünü hiss etməyə dəvət edir.
Oxşar xəbərlər
“TAĞIYEV: NEFT” bədii filmi kinoteatrlarda təqdim olunacaq
"Tağıyev" filminin çəkilişləri başa çatıb, premyerası olacaq
“CineMastercard” kinoteatrında “Tağıyev: Neft” filminin təqdimatı keçirilib
İmişlidə "Muğanda Kino Günləri" çərçivəsində filmlər nümayiş olunacaq
Türkiyədə “Azərbaycan Kino Günləri” keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
