Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan kitab gürcü dilində nəşr olunub
Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan kitab gürcü dilində nəşr olunub.
"Sizinxeber.az" xəbər verir ki, kitabın müəllifi filologiya üzrə fəlsəfə doktoru Aida Mirzəyevadır.
Kitab Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi, dahi söz ustadının poeziyasındakı milli ruhun gürcü oxucusuna tanıdılması məqsədilə hazırlanıb.
Monoqrafiya Tbilisidə "Universal" nəşriyyatı tərəfindən yayımlanıb və 191 səhifədən ibarətdir. Elmi redaktoru filologiya elmləri doktoru, prof.Almaz Əliqızı, rəyçiləri: filologiya elmləri doktoru, prof.Vaqif Sultanlı və fil.ü.f.d,dosent İradə Rəhmanovadır.
Monoqrafiyada Bəxtiyar Vahabzadənin poeziyasında istiqlal düşüncəsi,milli ruh,vətən sevgisi və azadlıq ideyalarının poetik və fəlsəfi təhlilinə yer verilir.
"Bəxtiyar Vahabzadə poeziyasında istiqlal ideyası” adlı elmi monoqrafiyası artıq gürcü dilində də nəşr olunub .Bu tədqiqat əsəri Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunub və onun poeziyasında milli istiqlal düşüncəsinin bədii təcəssümünün elmi müstəvidə araşdırılmasına xidmət edir.
Oxşar xəbərlər
Keçən il Azərbaycanda iki sahədə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb
Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd ediləcək
Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibi dəyişib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
