Musiqi və incəsənət məktəbləri müəllimlərinin 2025-ci il üçün attestasiyası yekunlaşıb
Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi və incəsənət məktəbləri müəllimlərinin 2025-ci il üçün attestasiyası yekunlaşıb.
“Report” xəbər verir ki, proses ölkənin beş regionunda həyata keçirilib.
Bakı, Abşeron-Xızı, Mil-Muğan, Şirvan-Salyan və Quba-Xaçmaz regionlarında keçirilən attestasiya imtahanı 4 ay davam edib və ümumilikdə 4 min müəllimi əhatə edib.
Attestasiyanın gedişatı barədə jurnalistlərə açıqlama verən mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov bildirib ki, bu həcmdə imtahan prosesi Mədəniyyət Nazirliyi sistemində ilk dəfə gerçəkləşib:
“Musiqi-incəsənət məktəblərində fəaliyyət göstərən təqribən 12-13 min müəllimin hamısı qanunvericiliyin tələbi ilə attestasiyadan keçiriləcək”.
O, digər müəllimlərin də attestasiyaya cəlb olunmasının 2026-cı ilin sonuna qədər yekunlaşdırılacağını vurğulayıb.
Oxşar xəbərlər
Musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanılır
Bakı və Abşeron-Xızı regionları üzrə musiqi və incəsənət müəllimlərinin attestasiyası davam edir
500-ə yaxın musiqi müəllimi attestasiya imtahanından uğurla keçməyib
500-ə yaxın musiqi müəllimi attestasiya imtahanından keçməyib
Gələn həftədən 600-dən çox musiqi və incəsənət müəlliminin attestasiyasına başlanılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
