"Dədə Qorqud" serialı üçün maliyyə qaynaqlarının tapılması ilə bağlı müzakirələr gedir
"Dədə Qorqud" serialı ilə bağlı layihənin həyata keçirilməsi istiqamətində müvafiq işlər aparılır.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib .
Bildirilib ki, Xalq yazıçısı Anar tərəfindən təqdim edilmiş ssenarinin qiymətləndirilməsi və maliyyə qaynaqlarının tapılması məsələlərinin həlli məqsədilə müzakirələr gedir.
"Bu proseslər tamamlandıqdan sonra serialın çəkilişi ilə bağlı növbəti mərhələlər müəyyənləşdiriləcək və yekun qərar ictimaiyyətə açıqlanacaq", - açıqlamada bildirilib.
Qeyd edək ki, 2013-cü ilin dekabrın 28-də Azərbaycan Respublikası Prezidenti "Dədə Qorqud" dastanı əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi ilə bağlı Sərəncam imzalayıb.
Oxşar xəbərlər
Anar: Rəsul Rzanın ev-muzeyinin təmirinə laqeyd yanaşılır, deputat pensiyamla özüm edirəm
“Kitabi-Dədə Qorqud” dastanı Koreya dilinə tərcümə edilir
İstanbulda Qarabağ zəfəri ilə bağlı konsert proqramı keçirilib
Bakıda sıxlıq olan yollar açıqlanıb - FOTO
Bakıda yağışa görə yollarda sıxlıq yaranıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












